Cümə, 10 May

Makronun ən yaxın rəqibi: "2022-ci ildə qalib mən olacam"

image

Fransada 2022-ci ildə keçiriləcək prezident seçkilərində Milli Birlik Partiyasının sədri, qatı millətçi Marina Le Pen də iştirak edəcək.

Verilən məlumata görə, Le Pen keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə keçirilən sorğular göstərir ki, 2022-ci ildəki prezident seçkiləri iki turda olacaq.

“Anketlər də ilk dəfə qələbənin mənim olacağını göstərir” ifadəsini işlədən Le Pen bildirib ki, seçkilərdə iştirak edəcək.

Xatırladaq ki, Le Pen 2017-ci ilə keçirilən prezident seçkilərində iştirak edib. O, seçkilərin birinci turunda 21,3, ikinci turunda isə 33,9 faiz səs toplamışdı.

Əlavə edək ki, 2022-ci il seçkilərində indiki prezident Emmanuel Makron da iştirak edəcək. Görünən budur ki, Makrona qarşı ən ciddi rəqib Le Pen olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25